Rusiya əleyhinə sanksiyalar onları qəbul edən ölkələrə də zərər verir. Məsələn, İtaliya iqtisadiyyatı buna görə 10-15 milyard avro itirib.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bunu Rusiyada İtalyan Sahibkarlar Assosiasiyasının prezidenti Vittorio Torrembini deyib.
Torrembininin sözlərinə görə, Ukraynada müharibə başlayandan sonra İtaliya ilə Rusiya arasında ticarət dövriyyəsi 30 milyard avrodan 9 milyard avroya qədər azalıb.
“İtaliyanın Rusiyaya ixracı 36%, Rusiyadan İtaliyaya idxal 70-80% azalıb”, - Torrembini bildirib.