Suriyada iştirak etməkdə təqsirləndirilənlərin şikayəti əsasında məhkəmə başlayıb

Suriyada iştirak etməkdə təqsirləndirilənlərin şikayəti əsasında məhkəmə başlayıb backend

Bakı Apellyasoya Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Elşən Qurbanlı, Bəhruz Rəsulov, Nadir Əlixanov, Kamran Əzizov, Tural Məmmədovun apellyasiya şikayətləri üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası oktyabrın 28-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhruz Rəsulov 12 il, Nadir Əlixanov 13 il, digər təqsirləndirilən şəxslərin hər biri isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Diaspora