ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib

ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib backend

ABŞ Maliyyə Nazirliyi bu ölkənin bir vətəndaşını və pilotsuz uçuş aparatlarının istehsalı ilə bağlı dörd hüquqi şəxsi İrana qarşı sanksiyalar siyahısına əlavə edib.

“Report” xəbər verir ki, bu barədə müvafiq məlumatı idarənin Xarici Aktivlərə Nəzarət Departamenti yayıb.

ABŞ Maliyyə Nazirliyi hesab edir ki, ikinci dərəcəli sanksiyalara məruz qalan şirkətlər İranın pilotsuz uçuş aparatı proqramı üçün mühüm hissələri təmin edən Rayan Roshd Afzar şirkəti ilə bağlıdır.

Siyahıya İran Aviasiya Sənayesi Təşkilatının (IAIO) rəhbəri Afşin Xarec Fard da daxil edilib. Yeni məhdudiyyətlərin köməyi ilə Birləşmiş Ştatlar İranın ölümcül PUA-ların istehsalını pozmağa çalışır.

Diaspora