Bayden İsrailin Qəzza zolağında atəşkəs və bütün girovların azad edilməsi ilə bağlı yeni təklifini HƏMAS-a çatdırdığını açıqlayıb.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, Bayden bildirib ki, atəşkəs planı üç mərhələdən ibarətdir: İsrail ordusunun anklavdan çıxarılması, girovların və həbs edilmiş fələstinlilərin azad edilməsi, hərbi əməliyyatların qeyri-müəyyən müddətə dayandırılması və Qəzza zolağının yenidən qurulmasına başlanması.
Fələstin-İsrail danışıqlarında Misir, Qətər və ABŞ iştirak edir. Bundan əvvəl onlar hər bir mərhələsi 42 gün üçün nəzərdə tutulmuş üç mərhələli atəşkəs planını razılaşdıra bilmişdilər.
QAZİLER.AZ