Monqolustanın eks-prezidenti Lukaşenkonu həbs etməyə ÇAĞIRDI

Monqolustanın eks-prezidenti Lukaşenkonu həbs etməyə ÇAĞIRDI backend

Monqolustanın keçmiş prezidenti Elbeqdorj Tsaxiaqiyn Monqolustana səfəri zamanı ölkə hakimiyyətini Belarus prezidenti Aleksandr Lukaşenkonu həbs etməyə çağırıb.

Qaziler.az bildirir ki, bu barədə keçmiş Monqolustan lideri “X” sosial şəbəkəsində yazıb.

“Bildirilir ki, Lukaşenko Ulan-Batora gələcək. Monqolustan Roma Statutunun tərəfindədir və Beynəlxalq Cinayət Məhkəməsində hakimi var. İnsanlığa qarşı cinayət törətmiş şəxsin gəlişi gözlənilir. Ümid edirəm ki, müvafiq tədbirlər görüləcək”, - Tsaxiagiin bildirib.

Eks-prezidentin sözlərinə görə, belə bir addım “Monqolustana yaxşı reputasiya gətirəcək”.

QAZİLER.AZ

Diaspora