ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib ki, Manhetten cinayət məhkəməsində münsiflər heyətinin təqsirli hökmü və Ağ Evin bu qərarda iştirakı bütün amerikalılar üçün təhlükə deməkdir.
Qaziler.az bildirir ki, Trampın məhkəmə qərarının elanından sonra keçirdiyi ilk mətbuat konfransında dediyi sözləri “NBC News” “YouTube” kanalında yayımlayıb.
Onun sözlərinə görə, ABŞ-ın hazırkı rəhbərliyi hətta keçmiş prezidentə qarşı cinayət təqibinə başlamaq üçün işi saxtalaşdırıb.
“Hamınız təhlükə altındasınız, əgər bunu mənə etdilərsə, sizə də edə bilərlər. Bu qərar Ağ Ev və korrupsioner Co Baydenə aiddir. O, Birləşmiş Ştatlar tarixindəki ən axmaq və bacarıqsız prezidentdir", - Tramp deyib.
QAZİLER.AZ