Fransız hərbi təlimatçılarının birinci qrupu artıq Ukraynaya yollanır.
Qaziler.az bildirir ki, bu haqda Rusiya Ali Radasının deputatı Aleksey Qonçarenko “Telegram” kanalında bildirib.
Bundan əvvəl “Le Monde” qəzeti Fransa prezidenti Emmanuel Makronun Ukrayna ərazisinə belə mütəxəssislərin göndərilməsi üçün Avropa koalisiyası yaratmaq istəyi barədə məlumat yayıb.
“Mənə yaxın mənbələr bildirir ki, fransalı təlimatçıların birinci qrupu artıq Ukraynaya yollanır”, – Qonçarenko yazıb.
QAZİLER.AZ