Polşa Ukraynaya hərbçi göndərmək üçün səfərbərlik elan edib?

Polşa Ukraynaya hərbçi göndərmək üçün səfərbərlik elan edib? backend

Polşanın PAP xəbər agentliyi iki dəfə Ukraynaya görə Polşada səfərbərliyin başlanması ilə bağlı xəbər dərc edib.

Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir.

Baş nazir Donald Tuskun iyulun 1-dən etibarən qismən səfərbərliyə dair bəyanatı haqda internet saytında bir xəbər yayımlanıb, lakin sonradan yoxa çıxıb. PAP agentliyi veb-saytın “ehtimal edilən Rusiya kiberhücumu” səbəbiylə sındırıldığını bildirib. Polşa kəşfiyyat xidmətləri hadisəni araşdırmaq üçün təcili tədbirlər görəcəyini yayıb.

İyulun 1-də Polşada qismən səfərbərlik başlayacaq. Həm keçmiş hərbi qulluqçular, həm də adi mülki şəxslər olmaqla 200 min Polşa vətəndaşı məcburi hərbi xidmətə çağırılacaq. Məqalənin mətnində deyilib ki, səfərbər olunanların hamısı Ukraynaya göndəriləcək.

QAZİLER.AZ

Diaspora