Blinken Rusiyaya kömək etdiyi üçün Çini hədələdi

Blinken Rusiyaya kömək etdiyi üçün  Çini hədələdi backend

Qərbin fikrincə, Rusiya hərbi sənaye kompleksinə dəstək verdiyi üçün ABŞ və Avropa İttifaqı Çinə qarşı əlavə tədbirlər görəcəklər.

Qaziler.az “RİA-Novosti”yə istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken NATO üzvü olan ölkələrin xarici işlər rəhbərlərinin qeyri-rəsmi görüşündə deyib. O bildirib ki, ABŞ sanksiyalardan yayınmada və Rusiya hərbi-sənaye kompleksinə dəstək verən Çin strukturlarına qarşı artıq tədbirlər görüb.

“Biz artıq sanksiyalardan yayınma və Rusiya hərbi-sənaye kompleksinə dəstək verən Çin strukturlarına qarşı tədbirlər görmüşük. Digər şeylərlə yanaşı, indi bu və ya digər növ Çinin 100-dən çox strukturuna qarşı sanksiyalar tətbiq edilib. Lazım gələrsə, biz bunu davam etdirəcəyik”, - Amerika diplomatiyasının rəhbəri bildirib.

QAZİLER.AZ

Diaspora