Qırğızıstanın təhlükəsizlik xidməti Avropada terror törədilməsinin qarşısını alıb

Qırğızıstanın təhlükəsizlik xidməti Avropada terror törədilməsinin qarşısını alıb backend

Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin əməkdaşları xarici həmkarları ilə birlikdə Avropa ölkələrindən birində terror aktının törədilməsinin qarşısını alıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.

“Milli Təhlükəsizlik Dövlət Komitəsi xarici tərəfdaşlarla birgə həyata keçirilən terrorizmə qarşı mübarizə tədbirləri çərçivəsində beynəlxalq terror təşkilatının üzvlərinin Avropa ölkələrindən birinin ərazisində terror aktı təşkil etmək cəhdinin qarşısını alıb”, - məlumatda qeyd olunub.

Bildirilib ki, terror aktını törədəcək şəxslərdən biri xarici ölkədə gizlənən Qırğızıstan vətəndaşı olacaqdı.

Diaspora