Türkiyə xarici işlər naziri Hakan Fidan Çexiyanın paytaxtı Praqada keçirilən NATO Xarici İşlər Nazirlərinin qeyri-rəsmi toplantısı çərçivəsində Hollandiyanın xarici işlər naziri Hanke Bruins Slot ilə görüşüb.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat verir.
Nazirliyin X sosial media hesabında edilən paylaşımda nazir Fidanın Praqada keçirilən NATO Qeyri-rəsmi Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində təmasları barədə məlumat verilib.
Açıqlamada nazir Fidanın Niderlandın xarici işlər naziri Hanke Bruins Slot ilə görüşdüyü bildirilib.
QAZİLER.AZ