Bayden Ukraynaya Rusiyaya zərbə endirməyə icazə verib, amma hər yerdə deyil - "Politico"

Bayden Ukraynaya Rusiyaya zərbə endirməyə icazə verib, amma hər yerdə deyil -  "Politico" backend

ABŞ prezidenti Co Baydenin administrasiyası gizli şəkildə Ukraynaya ABŞ silahları ilə Rusiya ərazisinə zərbə endirməyə icazə verib. Ancaq məhdudiyyətlər var.

Bu barədə “RBC-Ukrayna” “Politico”ya istinadən məlumat yayıb.

"Prezident (Bayden - red.) bu yaxınlarda öz komandasına Ukraynanın Xarkov vilayətində cavab atəşi açmaq üçün Amerika silahlarından istifadə edə bilməsini təmin etməyi tapşırdı. Bu yolla Ukrayna ona zərbələr endirən və ya zərbə endirməyə hazırlaşan Rusiya qüvvələrinə cavab verə bilər", - Bu barədə nəşrin mənbəsi bildirib.

Eyni zamanda, həmsöhbət ABŞ-ın Ukraynanın Rusiya ərazisinə "dərin" zərbələr endirməsi ilə bağlı siyasətinin dəyişmədiyini vurğulayıb.

QAZİLER.AZ

Diaspora