Meksikanın Gerrero əyalətində bələdiyyə sədrliyinə namizəd seçki kampaniyası zamanı silahlı hücum nəticəsində həlak olub.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Koyuka de Benites şəhərinin merliyə namizədi Xose Alfredo Kabrera Barrientos Kosta Qrande bölgəsində seçicilərlə görüşüb.
Barrientos tərəfdarlarını salamlayarkən hücuma məruz qalıb.
Barrientos hücum zamanı hadisə yerində ölüb.
Bələdiyyə sədrliyinə namizədi öldürən şübhəli polis tərəfindən ərazidə zərərsizləşdirilib.
Meksikada seçicilər iyunun 2-də federal və yerli səviyyələrdə, eləcə də prezident seçkilərində səs verəcəklər.
QAZİLER.AZ