Rusiya prezidenti Vladimir Putinin Altayda yerləşən qeyri-rəsmi iqamətgahında yanğın olub.
Qaziler.az bildirir ki, bu barədə “Sirena”nın Teleqramında məlumat yayılıb.
Nəşrin yazdığına görə, yanğın nəticəsində binalardan biri demək olar ki, tamamilə yanıb.
"Sirena" tərəfindən yayımlanan fotoda güclü yanğının Putinin iqamətgahı ərazisindəki binanı necə əhatə etdiyini görmək olur.
Jurnalistlər iqamətgahın “Qazprom”a məxsus “Altay Compound” sanatoriya-kurort kompleksi kimi təqdim edildiyini yazırlar.
Gizli “sanatoriya” tikintisi ilə bağlı məlumatlar ilk dəfə 2010-cu ildə ortaya çıxdı.
Qazprom bildirib ki, “sanatoriya” “işgüzar tərəfdaşlarla görüşlər, korporativ tədbirlər keçirmək və xarici qonaqları qəbul etmək” üçün lazımdır.
Yerli rusiyalı müxalifətçilər bu kompleksin Kreml rəhbəri ilə bağlı olduğunu dəfələrlə bəyan ediblər.
RBK-Ukrayna
QAZİLER.AZ