“Bu, özünümüdafiənin bir hissəsidir” - Danimarka Ukraynaya icazə verdi

“Bu, özünümüdafiənin bir hissəsidir” - Danimarka Ukraynaya icazə verdi backend

Ukrayna silahlı qüvvələri Danimarka tərəfindən onlara verilən Amerika istehsalı F-16 qırıcılarından Rusiyadakı hədəfləri vurmaq üçün istifadə edə biləcək.

Qaziler.az bildirir ki, bunu ölkənin xarici işlər naziri Lars Lökke Rasmussen deyib.

Nazir vurğuladı ki, bu, Kopenhagenin indi verdiyi qərar deyil, vəziyyət əvvəlcədən müzakirə edilib.

"Biz bunu parlamentdə xarici əlaqələr komitəsi ilə müzakirə edəndə əvvəldən bunun özünümüdafiənin bir hissəsi olduğunu və Rusiya ərazisindəki hərbi hədəflərə də hücumun mümkünlüyünü açıqlamışdıq”, - Rasmussen bildirib.

QAZİLER.AZ

Diaspora