Rusiya prezidenti Vladimir Putin çoxuşaqlı ailələrlə görüşündə deyib ki, Rusiyanın mədəni kodu Vətənə və böyüklərə hörmət, bir-birinə məhəbbətdən ibarətdir.
Onun sözlərinə görə, dövlətin sabitliyi buna əsaslanır.
"Bizim çoxmillətli və çoxkonfessiyalı ölkəmiz var, lakin bizim ümumi rus mədəniyyətimizin mədəni kodu, əsas təməlləri bundadır - böyüklərə hörmət, valideynlərə hörmət, öz ölkəsinə, kiçik Vətənə və böyük Vətənə, bütövlükdə Vətənə hörmətdir. Bir-birinin qayğısına qalmaq, bir-birini sevmək isə Rusiya dövlətinin sabitliyinin əsasını təşkil edir”, - deyə Putin bildirib.
QAZİLER.AZ