Fransa yaxın vaxtlarda Ukraynaya təlimatçılar göndərəcək

Fransa yaxın vaxtlarda Ukraynaya təlimatçılar göndərəcək backend

Fransa tezliklə öz hərbi təlimatçılarını Ukraynaya göndərə bilər.

Qaziler.az bildirir ki, bu barədə “Reuters” diplomatik mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Fransa hakimiyyəti gələn həftə Ukraynaya təlimatçılar göndərmək barədə qərar verə bilər. Birinci mərhələdə Fransa məhdud sayda təlimatçı göndərməyi planlaşdırır, bundan sonra onların sayının bir neçə yüzə çatdırılması planlaşdırılır.

Qeyd olunur ki, bəzi müttəfiqlər Parisin bu qərarından narahatdırlar, çünki bunun Rusiya ilə birbaşa toqquşmaya səbəb ola biləcəyini düşünürlər.

QAZİLER.AZ

Diaspora