Putin kimin sayəsində vəzifədə olduğunu etiraf edib

Putin kimin sayəsində vəzifədə olduğunu  etiraf edib backend

Rusiya prezidenti Vladimir Putin dövlət başçısı postunu rusların sayəsində tutduğunu bildirib və mümkün qədər yaxşı işləyəcəyinə söz verib.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu haqda Rusiya lideri “Valideyn Şöhrəti” və “Qəhrəman Ana” ordenləri ilə təltif olunanların ailələri ilə videobağlantılı görüş zamanı bildirib.

Konfrans zamanı Putin Çuvaşiyadan olan Şişovlar ailəsinə onun əməyinə verdiyi yüksək qiymətə görə təşəkkür edib.

“Belə hallarda necə deyərlər, sizə cavab şaybası göndərmək istəyirəm. Deyirsiniz ki, mənim sayəmdə nələrsə olur. Amma demək istəyirəm ki, sizin və sizin kimi insanların sayəsində mən indi olduğum yerdəyəm və işləyirəm”, - deyə prezident bildirib və əlavə edib ki, Rusiya böyük bir ailədir.

QAZİLER.AZ

Diaspora