İsveçrə Xarici İşlər Nazirliyinin sözçüsü Pyer-Alen Elçinger bildirib ki, Ukrayna ilə bağlı konfrans proqramı hələ də işlənmə mərhələsindədir.
Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
"Əsas diqqət nüvə təhlükəsizliyi, ərzaq təhlükəsizliyi və müharibədəki insan faktoru kimi çoxlu sayda ölkəyə təsir edən beynəlxalq maraqların tematik sahələrinə yönəldiləcək", - Elçinqer deyib.
İyunun 15-16-da İsveçrədə Ukrayna üzrə sülh konfransının keçirilməsi planlaşdırılır. Sammit Lüzern şəhəri yaxınlığında baş tutacaq. Rusiyanın Berndəki səfirliyinin mətbuat katibi Vladimir Xoxlov qeyd edib ki, İsveçrə Rusiya Federasiyasına sammitdə iştirak etmək üçün dəvət göndərməyib, lakin Moskva heç bir halda iştirak etməyəcək.
QAZİLER.AZ