Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysval bildirib ki, Yeni Dehli hələ İsveçrədə Ukrayna üzrə sülh konfransında iştirakla bağlı qərar qəbul etməyib.
Qaziler.az bildirir ki, onun sözlərini “RİA Novosti” sitat gətirib.
“Əvvəlcə sizə bildirmişdik ki, iştirakımızla bağlı hələ qərar verməmişik. Qərarın verildikdə siz də biləcəksiniz, və ya biz bunu elan edəcəyik”, - Caysval bildirib.
O, ölkənin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda hansı səviyyədə təmsil olunacağı sualına da cavab verməkdə çətinlik çəkib.
Qeyd edilib ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Kiyevin Ukrayna üzrə yayda İsveçrədə keçiriləcək sammitdə Hindistanın əsas rol oynamasını istədiyini bildirib.
QAZİLER.AZ