Üç və ya daha çox uşağın böyüdüyü ailələr Rusiyada norma və təbii həyat tərzinə çevrilməlidir.
Qaziler.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valideyn Şöhrəti” və “Qəhrəman Ana” ordenləri ilə təltif olunanların ailələri ilə görüşündə deyib. Kremlin mətbuat xidmətinin məlumatına görə, Putin vurğulayıb ki, ölkə artıq bu istiqamətdə irəliləyir.
“Üç və ya daha çox uşağı olan ailə, təbii ki, normaya, təbii həyat tərzinə çevrilməlidir. Və biz məhz bu istiqamətdə irəliləyirik”, - Putin bildirib.
Rusiya lideri Moskva, Tümen, Tomsk, Donetsk, Leninqrad vilayəti, Krasnodar və Kamçatka əraziləri, həmçinin Çuvaş və Çeçenistan respublikalarından olan çoxuşaqlı ailələrlə söhbət edib. Putin qeyd edib ki, son illər Rusiyada belə ailələr təxminən 26% artıb. Bu gün onların sayı artıq 2 milyondan çoxdur. Putinin sözlərinə görə, uşaqlar valideynlər üçün misilsiz xoşbəxtlikdir və belə ailələrin nümunəsi bunun əyani təsdiqidir.
QAZİLER.AZ