Amerikanın “MRC Typhon” orta mənzilli zenit-raket kompleksinin yerləşdirilməsi Asiya-Sakit okean regionunda böyük hərbi risklər yaradır.
Qaziler.az “News.ru”ya istinadla xəbər verir ki, bu sözləri Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Çyan brifinq zamanı xəbərdarlıq edib. Onun sözlərinə görə, ABŞ-nin hərəkətləri regionun təhlükəsizlik strukturuna ciddi təsir edib.
“ABŞ və Filippinin hərəkətləri bütün regionu Amerikanın artilleriya atəşi altına salıb, bölgəyə böyük hərbi risklər daxil edib, regional təhlükəsizlik strukturuna ciddi təsir edib, regional sülh və sabitliyə xələl gətirib”, - deyə Çin Müdafiə Nazirliyinin sözçüsü bildirib.
Vu Çyan qeyd edib ki, Vaşinqton bu raket sistemlərini hərbi təlimlər bəhanəsi ilə Filippində yerləşdirib. Onun sözlərinə görə, bu, soyuq müharibədən sonra regionda ilk belə haldır.
QAZİLER.AZ