Rusiya prezidenti Vladimir Putin Tümen meri Ruslan Kuxarukun Xantı-Mansiysk Muxtar Dairəsinə rəhbərlik etməyi təklif edib.
Qaziler.az bu barədə “News.ru”ya istinadla xəbər verir.
Putin ona Tümen meri kimi əldə etdiyi bütün bacarıqlarını Xantı-Mansi Muxtar Dairəsinin rəhbəri kimi istifadə edəcəyinə ümid etdiyini deyib.
“Ruslan Nikolaeviç, siz Xantı-Mansiysk Muxtar Dairəsində anadan olmusunuz, bütün həyatınız boyu Tümendə işləmisiniz. Əhali iki dəfə Tümen merinin seçkilərində şəhər administrasiyasının rəhbəri kimi sizə etimad göstərib. Sizi Xantı-Mansiysk Muxtar Dairəsinə rəhbərlik etməyə dəvət etmək istərdim”, - Putin bildirib.
QAZİLER.AZ