ABŞ-dən rekord sayda yaşıl kard alan ölkə əhalisi açıqlandı

ABŞ-dən rekord sayda yaşıl kard alan ölkə əhalisi açıqlandı backend

ABŞ 2023-cü ildə ruslara rekord sayda 12 790 yaşıl kart verib.

Qaziler.az bildirir ki, bu barədə “Vedomosti” “Second Wind” immiqrasiya şirkətinin hesablamalarına istinadən xəbər verir.

Qeyd edilib ki, bu, Rusiya vətəndaşlarının 9774 yaşıl kart aldığı 2016-cı ildən bəri maksimal rəqəmdir. 2022-ci ildə isə ruslara 9811 yaşıl kart verilib.

ABŞ Daxili Təhlükəsizlik Departamentinin məlumatına görə, Ukraynadan olan insanlara 2023-cü ildə 11 210 yaşıl kart, 2022-ci ildə isə 11 719 yaşıl kart verilib. Qazaxıstanlılar 2023 və 2022-ci illərdə müvafiq olaraq 2610 və 1637 belə sənəd alıblar. Ötən il ən çox yaşıl kart (179 830) Meksika sakinləri alıb. İlk beşliyə Hindistan (76 020 yaşıl kart), Kuba (74 040 yaşıl kart), Dominikan Respublikası (66 450 yaşıl kart) və Çin (58 820 yaşıl kart) daxil olub.

QAZİLER.AZ

Diaspora