Meksikanın Koyuka-de-Benitez şəhərinin (Gerrero ştatı) merliyinə "Güc və Meksika üçün Ürək" alyansından namizəd Xose Alfredo Kabrera Barrientos seçki kampaniyasının yekun mitinqində güllələnib.
Məlumata görə, siyasətçi basketbol meydançasında yerləşən tərəfdarları ilə gedərkən naməlum şəxs ona arxadan yaxınlaşaraq tapançanı çıxarıb və başının arxasına bir neçə atəş açıb.
Sosial şəbəkələrdə yayılan videolara əsasən cinayətkar azı 15 atəş dəfə atəş açıb.
Qeyd edək ki, bu günədək Gerrero ştatında seçki kampaniyası zamanı şəhər meri vəzifəsinə namizədlərdən beş nəfər öldürülüb.
Mənbə: TASS