“Boko Haram”dan yeni hücum: 20 ölü

“Boko Haram”dan yeni hücum: 20 ölü backend

Nigeriyanın şimalında, Borno ştatında “Boko Haram” qruplaşmasının hücumu nəticəsində 20 hərbçi həlak olub

APA-nın verdiyi məlumata görə, hadisə Borno ştatının paytaxtı Mayduquri şəhərindən 70 km aralıda baş verib.

Silahlılar içərisində hərbçilər olan dörd avtomobili gülləboran edib.

Qeyd edək ki, bundan əvvəl Nigeriya ordusu və yerli özünümüdafiə dəstələri Borno ştatında həyata keçirilən əməliyyat nəticəsində azı 150 terrorçunu məhv edib, 36 qadın və uşağı əsirlikdən azad etmişdilər.

Xatırladaq ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.
Diaspora