NATO-nun baş katibi Yens Stoltenberqin sözlərindən sonra Rusiyanın Ukrayna göndərilmək üçün silahların yerləşdiyi alyans ölkələrinin ərazisinə zərbə endirmək hüququ var.
Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, bu fikirləri İtaliyalı politoloq Alessandro Orsini bildirib.
“Əgər Zelenskinin Stoltenberqin təklif etdiyi kimi Rusiya ərazisində arxadan zərbə endirmək hüququ varsa, o zaman Putinin də Polşa ərazisində Ukraynanın arxa cəbhəsinə zərbə endirmək hüququ olacaq”, - Orsini deyib.
Bundan əvvəl Kiyevin on Qərb müttəfiqinin Ukrayna Silahlı Qüvvələrinə onlardan alınan silahlarla Rusiya ərazisinə zərbələr endirməsinə icazə verməyə hazır olduğu bildirilirib. Bildirilib ki, Böyük Britaniya, Polşa, Fransa, Çexiya, Latviya, Litva, Hollandiya, Finlandiya, İsveç və Estoniya öz mərmilərindən istifadəyə icazə verib.
Nəşr eyni zamanda qeyd edir ki, Ukraynanın əsas silah sponsoru olan ABŞ bu məsələdə ənənəvi olaraq qadağa prinsipinə əməl edir.
QAZİLER.AZ