Ağ Ev administrasiyası əmindir ki, İsrail və radikal HƏMAS hərəkatı arasında nəzərdən keçirilən yeni saziş layihəsi təkcə Qəzzada atəşkəsə deyil, həm də iki tərəf arasında daha möhkəm razılaşmalara gətirib çıxara bilər.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
“Hazırda başqa bir təklifə, yeni təklifə baxılır. Və biz bu istiqamətdə irəliləyə biləcəyimizi görmək üçün əlimizdən gələni edirik. Çünki bu, müvəqqəti atəşkəsə gətirib çıxara, bu da daha davamlı nəyəsə nail oluna bilər”, – Ağ Ev rəsmisi bildirib.
Bir gün əvvəl İsrail vasitəçilərə - Qətər, Misir və ABŞ-a anklavda sülhün bərqərar olması üçün daha yumşaq şərtləri və girovların azad edilməsi ilə bağlı sazişi təhvil verib. Qeyd olunur ki, danışıqlar aparan şəxslər geri qaytarılmaq üçün məhbusların minimum sayını azaltmağa hazırdırlar.
QAZİLER.AZ