Qazaxıstanda vandallar Akmola vilayətinin Makinsk şəhərində əfqan əsgərlərinin xatirəsinə ucaldılmış abidəni dağıdıblar.
Qaziler.az bildirir ki, bu barədə “Orda.kz” məlumat yayıb. Qeyd edilib ki, artıq polis onları axtarır.
Bir gün əvvəl Qazaxıstan mətbuatında vandalların guya Böyük Vətən Müharibəsi iştirakçılarına ucaldılmış abidəni təhqir etdiyi barədə məlumat yayılıb. Lakin Rusiya səfirliyi bu məlumatı təkzib edərək, bunun əfqan əsgərlərinin xatirəsinə ucaldılmış abidənin məhv edildiyini bildirib. Diplomatlar hadisə ilə bağlı spekulyasiya edən və saxta məlumatlar yayan şərhçiləri də qınayıblar.
“Böyük Vətən Müharibəsi qəhrəmanlarına həsr olunmuş abidənin dağıdılması ilə bağlı dezinformasiyalar yayılır. Beləliklə, əl-ələ verib faşizmlə ölümcül döyüşdə Vətənimizin azadlığını və müstəqilliyini müdafiə edənlərin mübarək xatirəsinə qazax xalqının həqiqi münasibətini təhrif etməyə cəhdlər edilir”, - Rusiyanın Qazaxıstandakı səfirliyindən bildirilib.
Diplomatik nümayəndəlik cinayətkarların tapılaraq layiqli cəzalarını alacaqlarına ümid etdiyini bildirib.
QAZİLER.AZ