Biz bunu Ukraynanın öz ixtiyarına buraxırıq - NATO

Biz bunu Ukraynanın öz ixtiyarına buraxırıq - NATO backend

Vaşinqton Rusiya ilə hərbi əməliyyatların aparılması ilə bağlı yekun qərarları Ukraynanın öhdəsinə buraxır.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu fikirləri ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit səsləndirib. Onun sözlərinə görə, bu gün Rusiya Federasiyasının ərazisinə hücumlar üçün Amerika silahlarının istifadəsi məsələsi ilə bağlı təzə xəbər yoxdur.

"Düşünürəm ki, (ABŞ Dövlət Katibi) Antoni Blinken və başqaları açıq şəkildə bildirdilər ki, bu, son nəticədə Ukraynanın müharibəsidir, onlar müharibə ilə necə mübarizə aparacaqlarına qərar verməlidirlər, biz bunu öz ixtiyarlarına buraxırıq”, - Smit bildirib.

Daimi nümayəndə əlavə edib ki, Vaşinqtonun Rusiya ərazisinə zərbələr endirmək üçün Amerika silahlarından istifadə ilə bağlı siyasəti dəyişməz olaraq qalır.

QAZİLER.AZ

Diaspora