Ağ Ev Moldova üçün Konqresdən 50 milyon dollar tələb edəcək

Ağ Ev Moldova üçün Konqresdən 50 milyon dollar tələb edəcək backend

ABŞ prezidenti Co Bayden administrasiyası Moldovanı təmin etmək üçün ölkə Konqresindən əlavə 50 milyon dollar tələb edəcək.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Entoni Blinken Kişinyovda mətbuat konfransı zamanı səsləndirib. Onun sözlərinə görə, bu vəsaitlər başqa şeylərlə yanaşı, “Rusiyanın müdaxiləsinə” müqavimət göstərmək üçün nəzərdə tutulub.

“Bu gün mən elan edirəm ki, biz Konqres ilə birlikdə enerji və kənd təsərrüfatı sektorlarında islahatlardan tutmuş dezinformasiya ilə mübarizəyə qədər bu işi davam etdirmək üçün əlavə 50 milyon dollar ayırmaq üçün çalışacağıq”, - Blinken bildirib.

O əlavə edib ki, bu məbləğ Moldova vətəndaşlarına “azad və ədalətli seçkilər keçirməyə, Avropa İttifaqına doğru irəliləməyə davam etməyə” kömək etməlidir.

QAZİLER.AZ

Diaspora