Braziliya İsraildəki səfirini rəsmən geri çağırıb

Braziliya İsraildəki səfirini rəsmən geri çağırıb backend

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ölkənin İsraildəki səfiri Federiko Meyeri rəsmən geri çağırıb.

"Report"un məlumatına görə, bu barədə "Globo" portalı məlumat yayıb.

Məlumata görə, fevralın 19-da Lula da Silva İsrail Xarici İşlər Nazirliyinin onu persona non-qrata elan etməsindən sonra bu ölkənin İsraildəki səfirini məsləhətləşmələr üçün geri çağırıb. Üç aydan sonra Meyer mayın 24-də İsrailə qayıdıb, lakin indi yeni iş üçün Cenevrəyə köçürüləcək.

Müvəqqəti işlər vəkili Fabio Farias Braziliyanın Təl-Əvivdəki səfirliyini və digər səfirlik funksiyalarını yerinə yetirəcək.

Diaspora