Aİ-nin daha bir ölkəsi Ukraynaya silahlarından Rusiyanı vurmağa icazə verib

Aİ-nin daha bir ölkəsi Ukraynaya silahlarından Rusiyanı vurmağa icazə verib backend

Ukrayna Finlandiyanın verdiyi silahlarla Rusiyanı vura bilər.

Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Elina Valtonen deyib.

Onun sözlərinə görə, müdafiə müharibəsi aparan ölkə özünümüdafiə üçün zəruri olarsa, təcavüzkarın ərazisindəki hərbi obyektlərə zərbələr endirə bilər.

Onun sözlərinə görə, müdafiə müharibəsi aparan ölkə özünümüdafiə üçün zəruri olarsa, təcavüzkarın ərazisindəki hərbi obyektlərə zərbələr endirə bilər.

"Finlandiya Ukraynaya maddi yardıma konkret məhdudiyyət qoymur, lakin ondan beynəlxalq hüquq normalarına uyğun istifadə ediləcəyini güman edir. Rusiya Ukraynada qeyri-qanuni işğalçılıq müharibəsi aparır, Ukraynanın isə qanuna uyğun olaraq özünümüdafiə hüququ var. BMT Nizamnaməsinin 51-ci maddəsinə təcavüzkarın ərazisindəki hərbi obyektlərə özünümüdafiə üçün zəruri olan zərbələr daxildir”, - deyə Valtonen bildirib.

QAZİLER.AZ

Diaspora