Londonda Fələstinə dəstək nümayişində 40 nəfər saxlanılıb

Londonda Fələstinə dəstək nümayişində 40 nəfər saxlanılıb backend

Dünən İngiltərənin paytaxtı Londonda on minlərlə fələstinli tərəfdarın İsrailin Rəfah şəhərində mülki şəxslərə qarşı hücumlarına etiraz olaraq təşkil etdiyi nümayişdə 40 nəfər saxlanılıb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, London polisi verdiyi açıqlamada, İsrailin Rəfahdakı çadırlara hücumlarına reaksiya vermək üçün dünən "Downing Street" və Baş nazirin 10 nömrəli ofisinin yerləşdiyi Parlament qarşısında təşkil edilən etirazlarda 40 nəfərin nəzarətə alındığını açıqlayıb.

Açıqlamada saxlanmaların yolların kəsilməsi və ictimai asayişin pozulması səbəbindən edildiyi bildirilib.

Açıqlamaya görə, hadisələr zamanı 3 polis əməkdaşı yaralanıb, onlardan biri də etirazçıların içindən şüşə atılması nəticəsində üzündən ağır yaralanıb.

Qeyd edilib ki, şübhəlinin şəxsiyyəti hələ müəyyən edilməsə də, polis araşdırmalarını davam etdirir.

QAZİLER.AZ

Diaspora