Pakistanda avtobus qəzasında ölənlərdən bəzilərinin şəxsiyyəti müəyyənləşib - VİDEO

Pakistanda avtobus qəzasında ölənlərdən bəzilərinin şəxsiyyəti müəyyənləşib - VİDEO backend

Pakistanda avtobusun qəzaya uğraması nəticəsində azı 28 nəfər ölüb, 20-yə yaxın adam yaralanıb.

Qaziler.az bildirir ki, bu barədə mayın 28-də Daily Pakistan qəzeti məlumat yayıb.

Avtobusun Qvadardan Kvetta istiqamətində hərəkət etdiyi dəqiqləşib. İlkin məlumatlara görə, avtobus hərəkətdə olan zamanı təkərlərdən biri partlayıb, bundan sonra avtomobil idarəetməni itirərək aşıb.

Hazırda hadisə yerində fövqəladə hallar xidmətinin əməkdaşları işləyir, xilasetmə əməliyyatı davam edir. Jurnalistlərin məlumatına görə, ölənlərdən bəzilərinin şəxsiyyəti artıq müəyyən edilib.

QAZİLER.AZ

 

Diaspora