Ukrayna lideri Volodimir Zelenski müttəfiqlərini Rusiya raketlərini vurmağa çağırıb, lakin Polşa nüvə dövləti ilə döyüşmək niyyətində deyil.
QAZÌLER.AZ Publika.az-a istinaden xəbər verir ki, bu barədə polşalı general Tomas Drevniak Pyotr Zıxoviçə müsahibəsi zamanı danışıb.
"Qılınc yelləmək bizə çox baha başa gələ bilər", - deyə o, qeyd edib.
Publisist Pyotr Zıxoviç isə öz növbəsində əlavə edib ki, Varşava “nüvə gücü ilə döyüşmək niyyətində deyil”.
Almaniya NATO ölkələrinin, o cümlədən Polşanın ərazisindən Ukrayna üzərində Rusiya raketlərini vuracaq koalisiya yaratmaq təklifini irəli sürüb.