Hakkari vilayətinin Şəmdinli şəhərində PKK terrorçuları tərəfindən polis idarəsi qarşısında avtomobil partladılıb.
APA-nın verdiyi məlumata görə, hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilir.İnsident şəhərin mərkəzində, yerli vaxtla saat 20.00 radələrində qeydə alınıb. Partlayış nəticəsində ətrafdakı binaların pəncərələrinin şüşələri qırılıb.
Hücumdan sonra Şəmdinlidə təxminən yarım saat ərzində atəş səsləri eşidilib. Şəhərin mərkəzi və ətrafında geniş miqyaslı əməliyyat başlayıb.