Finlandiya prezidenti Aleksandr Stubb deyib ki, “nə vaxtsa” Helsinki Fələstini tanıyacaq.
Qaziler.az xəbər verir ki, onun sözlərini TASS sitat gətirib.
Tallində keçirilən mətbuat konfransında Stubbdan Finlandiyanın Fələstin dövlətini tanıyıb-tanımadığı soruşulub. O cavabında “nə vaxtsa” respublika bunu edəcək deyib.
Stubb qeyd edib ki, Helsinki İsrail və Fələstinin deyil, sülhün tərəfindədir. Onun sözlərinə görə, buna görə də Fələstin hələ də tanınmayıb.
Qeyd edək ki, bundan əvvəl İrlandiya, İspaniya və Norveç Fələstin dövlətçiliyini tanımaq qərarını elan ediblər. Buna cavab olaraq İsrail Xarici İşlər Nazirliyi Dublin, Madrid və Oslodan səfirlərini məsləhətləşmələr üçün geri çağırdığını açıqlayıb.
QAZİLER.AZ