Rusiya Federasiyasının Müdafiə Nazirliyi Moskva ərazisi üzərində uçan naməlum kiçik hava şarının məhv edildiyini bildirib.
Qaziler.az Gazeta.ru-ya istinadla bildirir ki, idarədən onun mayın 27-də saat 21:00 radələrində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu qeyd olunub.
Bundan əvvəl məlum olub ki, Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod və Bryansk vilayətləri üzərində Ukrayna Silahlı Qüvvələrinin üç pilotsuz uçuş aparatını (PUA) məhv edib.
QAZİLER.AZ