Rusiya Federasiyası Nazirlər Kabinetinin hesabatında deyilir ki, Rusiya qanunvericiliyinə dini geyimlərin geyilməsi ilə bağlı məhdudiyyətlərin tətbiqi insanın vicdan və dini etiqad azadlığı hüquqlarını poza bilər.
Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Sənəddə vurğulanır ki, 125-FZ saylı Federal Qanun dinə münasibətdən asılı olaraq üstünlüklərin, məhdudiyyətlərin və ya ayrı-seçkiliyin digər formalarının yaradılmasına yol verilmir.
Bundan əvvəl Moskvanın müftisi İldar Alyautdinov bildirib ki, Rusiya Müsəlmanları Ruhani İdarəsi (DUM) ölkədə niqab taxmağın qadağan edilməsinin tərəfdarı olduğunu, ancaq ekstremizmlə əlaqədar paltarın geyinilməsini niqabın qadağan edilməsi şərtilə dəstəkləyib.
Məlumatda qeyd edilib ki, son zamanlar Rusiyanın bütün regionlarında niqab qadağasının tətbiqinin mümkünlüyü ilə bağlı müzakirələr intensivləşib.
QAZİLER.AZ