Husilər iki Amerika gəmisinə hücum edib

Husilər iki Amerika gəmisinə hücum edib backend

Yəmənin şimalında hakim Ənsar Allah (Husi) hərəkatı Qırmızı dənizdə ABŞ Hərbi Dəniz Qüvvələrinin iki gəmisinə və bir yük daşıyıcısına hücum etdiyini bildirib.

Qaziler.az bildirir ki, Yəmən hərəkatının hərbi nümayəndəsi Yəhya Saria “Al Masirah” telekanalında qeyd edib ki, hər iki əməliyyatda öz məqsədlərinə uğurla nail olublar.

“Hərbi Hava Qüvvələrimiz Qırmızı dənizdə iki Amerika gəmisinə qarşı dağıdıcı əməliyyatlar həyata keçirib. Hər iki əməliyyatda məqsədlərinə uğurla çatdığını bildirib”, - Husi sözçüsü deyib.

Bundan əvvəl Yəmən husiləri Qırmızı dənizdə və Hind okeanında müvafiq olaraq “Cyclades” və “MSC Orion” adlı iki ticarət gəmisinə hücum etmişdilər.

QAZİLER.AZ

Diaspora