“Taliban” hərəkatının terror təşkilatı statusu (təşkilat Rusiya Federasiyasında terrorçu kimi tanınır və fəaliyyəti qadağandır) Rusiya ilə Əfqanıstan arasında münasibətlərin inkişafına mane olur.
Qaziler.az bildirir ki, bunu Rusiya XİN-in ikinci Asiya departamentinin direktoru Zamir Kabulov “Rossiya 24” telekanalının efirində deyib. Onun sözlərinə görə, Moskva və Kabilin ikitərəfli əməkdaşlığın normallaşdırılması prosesinə başlaya bilməsi üçün təşkilat reyestrdən çıxarılmalıdır.
İndi söhbət bu statusun Taliban hərəkatından çıxarılmasından gedir. Çünki ikitərəfli iqtisadi və digər münasibətlərin normallaşması prosesi başlayır və bu status ilk növbədə Rusiyanın iqtisadi operatorlarının normal əməkdaşlıq qurmasına mane olur”, - deyə o bildirib.
Kabulov daha əvvəl bildirib ki, “Taliban” iyunun 5-8-də keçiriləcək 27-ci Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirakını təsdiqləyib. Onun sözlərinə görə, tədbirdə əmək naziri və Ticarət və Sənaye Palatasının rəhbəri iştirak edəcək.
QAZİLER.AZ