Litva Ukraynaya təlim missiyası üçün hərbçi göndərə bilər

Litva Ukraynaya təlim missiyası üçün hərbçi göndərə bilər backend

Təlim missiyalarına ehtiyac yaranarsa, Litva Ukraynaya 100 əsgər göndərə bilər.

Qaziler.az delfi-yə istinadən bildirir ki, bu barədə Litvada prezident seçkilərində iştirak etmiş Litva liderləri razılaşıblar. Lakin həm yenidən prezident seçilmiş Gitanas Nauseda, həm də ona qarşı çıxan baş nazir İnqrida Şimonite belə bir qərarın hələ verilmədiyini vurğulayırlar.

“Bu gün biz həqiqətən ukraynalıların özləri ilə çox intensiv dialoq aparırıq. Ukraynalılar çox aydın şəkildə deyirlər ki, bu gün bizim prioritetimiz bu deyil. Bu gün prioritet odur ki, biz vəd ediləni ala bilmirik. Hava hücumundan müdafiə sistemlərini,, sursatları vaxtında almırıq”, - deyə G.Nauseda bazar ertəsi mətbuat konfransında bildirib.

“Mən dəfələrlə demişəm ki, şampan şərabını Ukraynaya nəsə vermək qərarına gələndə içmək lazım deyil. Bu hərbi texnika və ya sursat Ukrayna sərhədindən keçəndə içilməlidir. Bəzən bu iki məqam arasında uzun müddət olur. Bu, Ukraynanın böyük itkilərə məruz qalmasına gətirib çıxarır. Bu, Rusiyanın cəbhə xəttində uğurlarını daha da inkişaf etdirmək qabiliyyətini müəyyənləşdirir”, - deyə o, əlavə edib.

QAZİLER.AZ

Diaspora