Praqa mərmilərin ilk partiyasının Ukraynaya çatdırılma tarixini açıqlayıb

Praqa mərmilərin ilk partiyasının Ukraynaya çatdırılma tarixini açıqlayıb backend

Çexiyanın əlavə təchizat təşəbbüsü çərçivəsində alınan ilk artilleriya mərmiləri iyun ayında Ukraynaya çatdırılacaq.

Qaziler.az-ın məlumatına görə, “Azadlıq” kanalı xəbər verir ki, bunu Çexiyanın xarici işlər naziri Yan Lipavski deyib.

"Düşünürəm ki, iyunda ilk mərmilər fiziki olaraq Ukrayna ərazisinə çatdırılacaq, onlar Ukraynanın suverenliyini Rusiyanın işğalından qorumağa kömək edəcək", - o, Aİ xarici işlər nazirlərinin görüşündən əvvəl deyib.

Onun sözlərinə görə, hazırda onlar bağlanmış və ödənilmiş müqavilələrin yerinə yetirilməsinə cəmləşirlər.

“Biz Çexiyanın bu silah-sursat təşəbbüsünə ayrılan hər bir avroya, hər dollara görə minnətdarıq”, - Lipovski əlavə edib.

Xatırlaq ki, Çexiya prezidenti Petr Pavel ilin əvvəlində ölkəsinin Aİ hüdudlarından kənarda 800 minə yaxın döyüş sursatı tapdığını bildirmişdi. Bundan sonra Praqa onları almaq üçün pul yığmağa başladı.

QAZİLER.AZ

Diaspora