Zelenski Madridə gedib - VİDEO

Zelenski Madridə gedib - VİDEO backend

Ukrayna prezidenti Vladimir Zelenski mayın 27-də Madridə işgüzar səfərə gəlib.

Qaziler.az bildirir ki, bu barədə “RBC-Ukraine” məlumat verib.

Zelenskinin təyyarəsi artıq Madrid-Barajas hava limanına enib. Ukrayna prezidentini hava limanında İspaniya kralı VI Filip qarşılayıb.

Az sonra dövlət başçıları Ukrayna himni ilə başlayaraq öz ölkələrinin himnlərini dinləyiblər.

Bundan əvvəl İspaniya mediası Zelenskinin ikitərəfli təhlükəsizlik sazişi imzalamaq üçün yaxın vaxtlarda Madridə gedəcəyini yazmışdı.

Lakin Ukrayna prezidenti Rusiyanın Xarkova hücumuna başladığı üçün İspaniya və Portuqaliyaya səfərlərini ləğv etmək məcburiyyətində qalıb.

Bununla belə, Zelenskinin mayın 27-də İspaniyaya səfər edəcəyi bir gün əvvəl məlum olub.

QAZİLER.AZ

Diaspora