Nazirlər Gürcüstandakı vəziyyəti qiymətləndirəcəklər, görünən odur ki, Gürcüstan hökuməti Avropa yolundan uzaqlaşır və nazirlər necə davranacaqlarına qərar verməlidirlər.
Qaziler.az bildirir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi Josep Borrel Brüsseldə Aİ Xarici Əlaqələr Şurasının iclası başlamazdan əvvəl jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu, xarici işlər nazirləri səviyyəsində vəziyyətin ilkin qiymətləndirilməsinə çevriləcək.
Məlumat üçün bildirək ki, Brüsseldə Avropa İttifaqının Xarici Əlaqələr Şurası keçiriləcək və ona Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel rəhbərlik edəcək və orada digər məsələlərlə yanaşı, Gürcüstan məsələsi də müzakirə olunacaq.
QAZİLER.AZ