Berbok Ukraynaya 60 milyon avro dəyərində yardımın anonsunu verdi

Berbok Ukraynaya 60 milyon avro dəyərində yardımın anonsunu verdi backend

Almaniyanın xarici işlər naziri Annalena Barbok Ukraynaya 60 milyon avro məbləğində humanitar yardımın köçürüldüyünü açıqlayıb.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna məlumat yayıb.

“Biz bir daha əmin olduq ki, Rusiya terroru xüsusi olaraq insanlara qarşı yönəlib. Bu, xüsusilə Ukraynadakı adi həyata, yalnız insanları öldürmək, qorxu və terror yaymaq məqsədi ilə ticarət mərkəzlərinə, avadanlıq mağazalarına hücum etməklə özünü açıq-aydın göstərir”, - deyə o, bildirib.

Burbok qeyd edib ki, tam dəstək indi Ukrayna üçün daha vacibdir.

O əlavə edib ki, Almaniya beynəlxalq təşkilatlarla birlikdə Ukraynanın şərqinə daha çox humanitar yardım göndərəcək.

QAZİLER.AZ

 

Diaspora