Papua - Yeni Qvineyada güclü torpaq sürüşməsindən sonra dağıntılar altından 2 mindən çox insanın cəsədi tapılıb.
Qaziler.az bildirir ki, bu barədə bazar ertəsi, mayın 27-də BMT-yə istinadən RTE məlumat yayıb.
"Sürüşmə 2 mindən çox insanı diri-diri torpağın altına gömüb və ciddi dağıntılara səbəb olub", - məlumatda deyilir.
Agentlik sürüşmənin ölkəyə və iqtisadiyyatına ciddi ziyan vurduğunu da qeyd edib.
Xatırladaq ki, mayın 23-də paytaxt Port Moresbidən təxminən 600 km şimal-qərbdə yerləşən Enqa əyalətinin Kaokalam kəndində torpaq sürüşməsi baş verib. O, həmçinin böyük qızıl mədəninin yerləşdiyi Porgera şəhərinə gedən yolu bağlayıb.
QAZİLER.AZ