Misir Prezidenti Əbdülfəttah əs-Sisi Mərkəzi Bankın sədri Xişam Ramizin bu il noyabrın 26-da bu vəzifədə səlahiyyətlərinin bitməsi ilə əlaqədar istefasını qəbul edib.
Bu gün Misir Prezidentinin əmri ilə Mərkəzi Bankın sədri vəzifəsinə Tarik Ameri təyin edilib. O, əvvəllər Misir Milli Bankının sədri vəzifəsində çalışıb. Yeni rəhbər vəzifəsinə 2015-ci il noyabrın 27-də başlayacaq.