Zelenski dünya liderlərini Sülh Sammitinə dəvət etdi

Zelenski dünya liderlərini Sülh Sammitinə dəvət etdi backend

Ukrayna Prezidenti Volodimir Zelenski dünya liderlərinə müraciət edib.

QAZÌLER.AZ  Publika.az-a istinaden xəbər verir ki, o, ABŞ Prezidenti Cozef Bayden və Çin Xalq Respublikasının Sədri Si Cinpini iyun ayında keçiriləcək birinci Sülh Sammitinə dəvət edib.

Zelenskinin sözlərinə görə, 80-dən çox dövlət Ukrayna sammitində iştirakını təsdiqləyib, lakin Bayden və Si Cinpin tədbirə hazırlaşmaq üçün qlobal səylərdən kənarda qalıblar.

Qeyd edək ki, Ukrayna üzrə sülh konfransı iyunun 15-16-da Bürgenstokda baş tutacaq. Dəvət olunanlar arasında G7, G20 və BRICS ölkələri də var. Ümumilikdə - 120 ölkədən 160 nümayəndə heyəti tədbirə qatılacaq.

Diaspora